“Xankəndini də itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı

Hazırda oxunan: “Xankəndini də itirəcəyik” - Sarkisyanın etirafı üzə çıxdı

3801

“Hələ 2016-ci ildə aprel döyüşlərindən sonra Ermənistanın eks prezidenti Serj Sarkisyan Qarabağ ətrafında olan 7 rayonu Azərbaycana qaytarmağı təklif etmişdi”.

Bizim.Media xəbər verir ki, bu sözləri qondarma separatçı rejimin parlament sədri Artur Tovmasyan İnfoPort.am saytına verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, S.Sarkisyan Aprel döyüşlərində Azərbaycanın rəşadətli ordusunun gücünü gördükdən sonra belə bir təkliflə çıxış edib.

Onun bu təklifi ilə keçmiş qondarma Qarabağ respublikasının “başçı”sı Bako Saakyan da razı olub.

Lakin erməni millət vəkilləri Madrid Prinsiplərinin Ermənistanın təməl maraqlarını ifadə etmədiyini səbəb gətirərək, onun təklifi ilə razılaşmayıblar. Daha sonra Sarkisyan millət vəkillərinə müraciət edərək, zamanı yetişəndə erməni xalqının çox peşman olacaqlarını bildirib.

“Siz yəqin ki, “Qars, Qars” mahnısını çox eşitmisiz, zamanı gələndə “Xankəndi, Xankəndi” nəğməsinə də qulaq asmaq məcburiyyətində qalacaqsınız, vurğulayaraq nə vaxtsa Xankəndini itirəcəyimizə eyham vurub”,-deyə, o, müsahibəsində bildirib.

Tovmasyan 9 noyabrda Azərbaycan ordusu Xankəndinə yaxınlaşanda Sarkisyanın sözlərini peşmanlıqla xatırladığını etiraf edib.

Müsahibəsinin sonunda  Tovmasyan həyasızcasına Qarsın, hazırda Türkiyədə yerləşən bir erməni şəhəri olduğunu da bildirib.

“Serj Sarkisyanın dediyi mahnıda Qarsın erməni torpağı olduğu və şəhərin Ermənistana nə zaman qayıdacağı sual olunur”,- deyə o, müsahibəsini ermənilərə xas olan sərsəm iddiaları ilə sonlandırıb.

Vüsalə Balayev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin