“Ölkə Nikol kimi axmağın tələsinə düşüb” - Artak Zakaryan

Hazırda oxunan: “Ölkə Nikol kimi axmağın tələsinə düşüb” - Artak Zakaryan

37976

“Nikol Paşinyanın işləri çox pis gedir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Respublikası müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan öz Facebook səhifəsində yazıb.

"Bu gün Rusiya Baş nazirinin müavini dəhlizlə bağlı danışıqların olmamasını deyir. Ərdoğanın ön şərtlərindən biri də Naxçıvan dəhlizinin açılmasıdır. Dünən buna işarə vurub ki, Nikol görüş istəsə, əvvəlcə praktiki addımlar atmalı, sonra münasibətləri və diplomatiyanı normallaşdırmağa başlamalıdır”.

Zakaryanın fikrincə, Nikol Ərdoğandan "dəhliz"in əvəzinə Türkiyə ilə "əlaqə yaratmaq" üçün görüş istəyib:

“Ərdoğanın nə tələb edəcəyini isə təxmin etmək çətin deyil. Bundan əlavə, Nikol məsələdən tamamilə qaça bilməz, çünki 10 noyabrda imzalanan üçtərəfli bəyanat Naxçıvanla Azərbaycan arasında əlaqənin açılmasını tələb edir. Azərbaycan və Türkiyə bunu “dəhliz” adlandırır. Hətta bu haqda dəfələrlə rəsmi açıqlamalar veriblər. Rusiya, İran və Ermənistan isə buna xüsusi statusları olmayan ünsiyyət üsulu deyir”.

O, hesab edir ki, Nikol çətin vəziyyətdə olduğunu yeni anlayıb:

“Bir tərəfdən Rusiya və İran, digər tərəfdən Türkiyə və Azərbaycan ona təzyiq göstərir. Rusiya Naxçıvandan Azərbaycana gedən yola nəzarət etmək istəyir.  İran isə onun şimal sərhədindən keçən yola yeni status tələb edir. Bu isə açıq şəkildə Azərbaycan və Türkiyədən asılı olacaq. Bu qarışıqlıq Nikol üçün problemə çevrilib. Nikol, görəsən bu çətin vəziyyəti həll edə biləcəkmi, dəhlizin təhlükəli statusunu gündəmdən çıxarmaq üçün Türkiyədən vaxt istəyə biləcəkmi?”.

Zakaryan bildirir ki, keçmiş hakimiyyətin ağılsız ittihamçıları, sağlam düşüncəyə sahib olsaydılar, başa düşərdilər ki, Ermənistan üçün əsas və ən çətin məsələ ölkənin və xalqın təhlükəsizliyi məsələsidir:

“Bu, təkcə hərbçilər tərəfindən deyil, həm də incə, çox səviyyəli diplomatik və siyasi hesablamalarla həll edilib. Əvvəlki heç bir lider ölkəni balanssız "siyasət” yürüdən, uzağı görməyən, sui-qəsdçi Nikol kimi bir axmağın tələsinə salmazdı”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin