Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı mitinq başlayıb. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazlardan istifadə edir.
Bizim.Media xarici mətbuata istinadən bildirir ki, aksiya dinc yolla başlasa da, 1 saat sonra polisə butulka və hava fişəngləri ilə hücum edilib.
Qeyd edək ki, sözügedən qanuna etirazlar noyabrın 21-dən başlayıb. Etirazlara səbəb qanun layihəsində əks edilən müddəa hüquq-mühafizə orqanları işçilərinin foto və video çəkilişinə qoyulan qadağa olub. Qanunu pozan şəxs üçün bir il həbs cəzası və 45 000 avro cərimə nəzərdə tutulur.
Bizim.Media