Antalyada meşəni yandıran şəxs görün polisə nə dedi?

Hazırda oxunan: Antalyada meşəni yandıran şəxs görün polisə nə dedi?

37688

Antalyanın Manavqat mahalında ətrafında 5 ulduzlu otellərin olduğu Sorgun meşəsində 3 yeri yandıraraq 4-cü yeri yandırmağa çalışan şəxs saxlanılıb.

Bizim.Media musavat.com-a istinadən bildirir ki, meşəni yandırmağa çalışan şəxs 31 yaşlı Semih Kuloğludur. Şahidlərin sözlərinə görə meşə məmurları və polis tərəfindən yaxalanan Kuloğlu əlində daim içki şüşələri ilə birlikdə meşədə gəzişirmiş.
 

MÖVZU İLƏ BAĞLI:

Sakinlər meşəni yandıran kişini diri-diri yandırdılar


Şəxs ilk ifadəsində "Niyə yandırırsan?" sualına "evimi yandırıram", deyə cavab verib.

Məlumata görə meşəni yandırmağa çalışan şübhəli Semih Kuloğlu dördüncü yerdə yanğın törətmək istəyəndə hadisə yerində yaxalanıb.

Digər 3 yerdə törətdiyi yanğınları söndürən yerli sakinlər bu hərəkətinə görə Kuloğluya hücum etmək istəyiblər. Lakin polis şübhəlini hadisə yerindən dərhal uzaqlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin