İran prezidenti Həsən Ruhani bu gün mediaya açıqlamasında İranın tanınmış nüvə alimi Möhsün Fəxrizadə Mahabadiyə qarşı terror aktı törədilməsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Nüvə aliminə qarşı törədilən sui-qəsdi İsraillə əlaqələndirən Ruhani deyib ki, İran bu cinayəti cavabsız qoymayacaq:
“Düşmənlər bilməlidir ki, xalqımız və bizim şücaətli, qeyrətli rəsmilərimiz bu cinayətin cavabını vaxtında verəcəklər. Vəhşicəsinə törədilmiş bu terror aktı bir daha göstərdi ki, düşmənlərimiz iztirab dolu son həftələrini keçirirlər.
Düşmənlər bizə qarşı təzyiq dövrünün başa çatdığını və dünyada vəziyyətin dəyişdiyini hiss edirlər. Məhz buna görə də, bu son həftələr onlar üçün mühümdür və onlar regionda sabitliyi pozmaq üçün bu qısa müddətdən maksimum istifadə etməyə çalışırlar.
Lakin bizim millət düşməndən daha ağıllıdır və sionistlərin məkrli planlarının tələsinə düşməyəcəklər. Bizim isə düşmənin planından çoxdan xəbərimiz var və onun öz xəbis niyyətlərinə çatmasına imkan verməyəcəyik.
Həm sionistlər, həm də İrana zidd olan digər qüvvələr bilməlidir ki, ölkənin nüvə sahəsindəki tədqiqat və inkişafı sürətlə davam etdiriləcək və Fəxrizadənin əldən getməsi ilə onun yeri boş qalmayacaq. Çoxlu Fəxrizadələr meydana çıxaraq onun yolunu davam etdirəcəklər”,-deyə, İran prezidenti Həsən Ruhani bildirib.
Xatırladaq ki, “Sepah”ın yüksək səviyyəli zabitlərindən olan, İranın “nüvə proqramının atası” kimi tanınan Möhsün Fəxrizadə Mahabadi noyabrın 27-si günorta saatlarında Tehranın yaxınlığındakı Absərd ərazisində silahlı şəxslərin hücumuna məruz qalaraq öldürülüb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:58 / 28.11.2020
“Hələ çoxlu Fəxrizadələr meydana çıxacaq” - Həsən Ruhani
Hazırda oxunan: “Hələ çoxlu Fəxrizadələr meydana çıxacaq” - Həsən Ruhani
Hazırda oxunan: “Hələ çoxlu Fəxrizadələr meydana çıxacaq” - Həsən Ruhani
3767
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.