İsrail kəşfiyyatı iranlı nüvə fiziki Möhsün Fəxrizadəni yüksək texnologiyalı robot pulemyotla öldürüb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı "The New York Times" nəşri yayıb. Mənbə yazır ki, dəqiqədə 600 atışa qədər atəş aça bilən cihaz süni intellekt və peyk vasitəsilə idarə olunan bir neçə kamera ilə təchiz olunub.
Robot Belçikanın FN MAG pulemyotu ilə birlikdə təxminən bir ton ağırlığında olduğundan, Mossad onu hissələrə bölməklə İrana çatdırmalı və yerində yığmalı idi.
Sonra cinayətdən sonra bütün sübutları gizlətmək üçün partlayıcı maddələrlə dolu cihaz pikapın arxasına yerləşdirilib. Ancaq bu planı tam şəkildə həyata keçirmək mümkün olmayıb, partlayış yalnız cihazı zədələyib.
MÖVZU İLƏ BAĞLI:
İranlıların Xocalıda gördüyü işin ÜSTÜ AÇILDI
Qəzetin qeyd etdiyi kimi, bu, Tehranın qətlin uzaqdan idarə olunan silahla törədildiyini təsdiqləməsinə kömək edib.
İran Müdafiə nazirinin müavini, nüvə fiziki Möhsün Fəxrizadə 27 Noyabr 2020-ci ildə Tehran yaxınlığında bir sui-qəsd nəticəsində öldürülüb. Öncə ağır yaralanıb, sonra isə xəstəxanada ölüb. Fəxrizadə və mühafizəçilərindən başqa hadisə yerində heç kim olmayıb. Alim müdafiə nazirliyində tədqiqat və innovasiya təşkilatına rəhbərlik edib və rəis müavini vəzifəsində çalışıb.
İran hakimiyyəti hadisəyə görə İsraili, eləcə də ölkədə qadağan edilmiş İran Xalq Mücahidləri Təşkilatını günahlandırıb və cinayətə görə cavab verəcəklərini vəd edib.
Bəzi İran rəsmiləri ABŞ və Səudiyyə Ərəbistanının iştirakına da işarə edərək sui-qəsddə əli olan şəxslərin həbs edildiyini bildirib.
Bizim.Media