SON DƏQİQƏ: 2 erməni Zəngəzurda Azərbaycan tərəfinə keçdi

Hazırda oxunan: SON DƏQİQƏ: 2 erməni Zəngəzurda Azərbaycan tərəfinə keçdi

37649

"Kasax kəndinin 2 sakini Gorus-Şahverdilər yolu ilə gedərkən azaraq Azərbaycanın nəzarətində olan əraziyə keçiblər”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) yayıb. 

"Sentyabrın 18-də, saat 21:00 radələrində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Kotayk ("Qırxbulaq") bölgəsindəki Kasax kəndinin iki sakininin Gorus şossesindən kənara çıxması barədə məlumat daxil olub.

Onlar Şahverdilər kəndinə gedən yolla Azərbaycanın nəzarətində olan əraziyə keçiblər.

Onların axtarışı ilə bağlı müvafiq işlər MTX və Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri tərəfindən aparılır. Nəticələr daha sonra açıqlanacaq”, - deyə Milli Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin