Qonşu ölkələrin ərazi bütövlüyü İran üçün hər bir məsələdən daha önəmlidir.
Bizim.Media xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib.
S.Xətibzadənin sözlərinə görə, regional əməkdaşlıq sülh və stabilliyin əsasıdır.
MÖVZU İLƏ BAĞLI:
“İran Azərbaycan türkündən qorxur” – ÖZƏL AÇIQLAMA
Hazırda baş verən proseslər kollektiv əməkdaşlığa çevrilməlidir. Yeganə yol kollektiv əməkdaşlıqdır.
Xətibzadə əlavə edib ki, İran qonşu ölkələrin inkişafını öz inkişafı hesab edir. Bütün qonşular inkişaf, sülh və stabilliyin kollektiv şəkildə mümkün olduğunu bilməlidirlər. (trend)
Bizim.Media