Zəngəzur dəhlizi açılır – Azərbaycanlılar gediş üçün pul ödəyəcək - “Qraparak” qəzeti

Hazırda oxunan: Zəngəzur dəhlizi açılır – Azərbaycanlılar gediş üçün pul ödəyəcək - “Qraparak” qəzeti

37635

Uzun danışıqlardan sonra dünən Moskvada Azərbaycan və Ermənistan nümayəndələri yaxınlaşan sazişin detalları barədə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak” qəzeti yayıb.

Mənbə yazır ki, Qarabağın statusu müəyyən edilmədən Sovet İttifaqı xəritələri çərçivəsində delimitasiya və demarkasiya prosesinə başlanılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanı MİQRANT axını gözləyir - “Sünik erməniləri də Azərbaycan vətəndaşı ola bilər”


Rusiya sülhməramlılarının Qarabağda iştirakı qeyri-müəyyən müddətə uzadılıb. Zəngəzurdan keçən tranzit yolu Rusiya Federasiyası və Ermənistan sərhədçiləri tərəfindən idarə olunacaq: sərhəd keçid məntəqələri işləyəcək, azərbaycanlılar bu yolda gediş haqqı ödəyəcəklər. 

Aysor.am-ın xəbər verdiyi kimi, Gorus-Qafan yolu məsələsini həll etmək mümkün olmayıb. Rusiya tərəfi Tatev-Qafan yolunun tikintisini maliyyələşdirəcəyinə söz verib.

Müdafiə və təhlükəsizlik məsələləri daimi parlament komissiyasının sədri dünən bu məlumatı nə təkzib, nə də təsdiq edib. O, bütün addımların dinc inkişaf dövrünün qurulmasına səbəb olduğunu söyləyib.

Deputat Tiqran Abramyan deyib:

“Hesab edirəm ki, Ermənistanın sərhədlərinin demarkasiyası və delimitasiyası məsələsi Qarabağın statusunun aydınlaşdırılması ilə birlikdə müzakirə edilməlidir.

Belə təsəvvür yaranır ki, rəsmi Bakı  Ermənistan və Azərbaycanla bağlı məsələləri bir-birindən ayırmaq və gələcəkdə Qarabağ məsələsini Moskva ilə ikitərəfli formatda həll etmək istəyir."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin