Şiə lideri Müqtəda əs-Sədr Sadrist Hərəkatı tərəfdarlarını İraqda keçirilən parlament seçkilərində fəal iştirak etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə Təhrir meydanında cümə xütbəsi zamanı çıxış edib.
Sədr tərəfdarlarından yeni hökümət qurmaq üçün kömək istəyib.
"Biz seçkilərdə fəallıq göstərib, parlamentdə səs çoxluğu qazanmalıyıq. Çünki biz, İraqı müdafiə etməyə borcluyuq və yeni hökümət qurmaq naminə qurban verməyə hazırıq. Baş nazir postunu qazanmaqla, yeni islahatlara vəsilə ola bilərik. İraq korrupsiyadan və terrordan uzaq sülh ölkəsinə çevrilməlidir",- deyə Şiə lideri bildirib.
Qeyd edək ki, 2021- ci il 6 iyun tarixində İraqda növbədənkənar parlament seçkiləri keçiriləcək.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Region
16:07 / 28.11.2020
İraqda şiə lideri Baş Nazir postuna iddialıdır
Hazırda oxunan: İraqda şiə lideri Baş Nazir postuna iddialıdır
Hazırda oxunan: İraqda şiə lideri Baş Nazir postuna iddialıdır
3754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.