Rusiyanın ORSIS silah markası Ermənistana silah satışlarını davam etdirəcək.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, ORSİS Ermənistan müdafiə nazirliyi ilə əməkdaşlığı bərpa edib.
MÖVZU İLƏ BAĞLI:
İrandan Ermənistana gedən TIR-lar Azərbaycana vergi ödəyəcək - RƏSMİ - FOTO
Şirkətin baş konstruktoru Maksim Baymetov bildirib ki, hazırda İrəvanla anlaşma öncəsi danışıqlar gedir:
“Demək olar ki, ORSIS erməni tərəfi ilə əməkdaşlıqda yeni pozitiv səhifə açıb”.
Onun sözlərinə görə, “Ordu-2021” sərgisində ORSIS rəhbərliyi Ermənistanın müdafiə naziri Arşak Karapetyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qeyd edək ki, ORSİS tüfəng və s. silahlar üzrə rus markasıdır. 2019-cu ildə ORSIS Ermənistanın hüquq mühafizə orqanlarını silahla təmin edən şirkətlərin qara siyahısına salınıb.
Səbəb isə Ermənistan müdafiə nazirliyinin bir neçə milyonluq hərbi texnika tenderini ləğv etməsi olub.
Bizim.Media