Ermənistan İrana gedən yolun təmirinə 1 milyard dollar xərcləyəcək?

Hazırda oxunan: Ermənistan İrana gedən yolun təmirinə 1 milyard dollar xərcləyəcək?

37277

Ermənistan hökuməti Şimal-Cənub layihəsi çərçivəsində Zəngəzur mahalındakı Kacaran-Sisyan avtomobil yolunun tikintisinə 487 milyard dram (təxminən 1 milyard dollar) sərmayə qoymaq niyyətindədir. 

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat naziri Vaaan Kerobyan jurnalistlərə müsahibəsində deyib.

İrana gedən yolun bir hissəsi Azərbaycanın nəzarətində olan Gorus-Qafan  dövlətlərarası avtomobil yolunun kənarından keçəcək.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan Gorus-Qafan yolunu İran yük maşınları üçün müvəqqəti bağladı


Bir müddət əvvəl Azərbaycan polisinin Gorus-Qafan magistral yolunda İran yük maşınlarını saxlayaraq onlardan ödəniş aldıqları bildirilmişdi.

Mövcud vəziyyəti şərh edən Kerobyan bunun narahatlıq doğurduğunu, iqtisadiyyata, ticarətə və turizmə ciddi ziyan vurduğunu qeyd edib. Eyni zamanda o, "bu maneənin yaxın gələcəkdə aradan qaldırılacağını" deyib:

“Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyi problemin həlli üçün bütün səylərini göstərəcəyinə zəmanət verib”.

"Düzdür, bizdə kənar yol var, ancaq o, pis vəziyyətdədir. Son çarə olaraq B planı qüvvəyə minə bilər. Bu yolu daha rahat etmək üçün intensiv işləyirik" deyə o, qeyd edib.

Xatırladaq ki, Azərbaycan avqustun sonunda Zəngəzur mahalında Qafan və Gorus şəhərləri arasında İrana gedən yolun bir hissəsini bağlayıb. Nəticədə Ermənistan və İranda yüzlərlə yük maşını yığılıb. 

Tehran - İrəvan - Tehran marşrutu üzrə sərnişin avtobuslarının gediş-gəlişləri də ləğv edilib. Yol sonradan blokadadan çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin