“Rossiyskaya qazeta”dan Azərbaycana qarşı TƏXRİBAT

Hazırda oxunan: “Rossiyskaya qazeta”dan Azərbaycana qarşı TƏXRİBAT

37245

Rusiya hökumətinin rəsmi mətbuat orqanı olan “Rossiyskaya qazeta” Azərbaycana qarşı təxribata yol verib.

Bizim.Media xəbər verir ki, qəzetdə yayımlanan “Şamxor: Rus dəstəsi 195 il əvvəl Fars ordusunun avanqardını əzdi” ((“Шамхор: русский отряд разбил авангард персидской армии 195 лет назад”) adlı məqalədə Azərbaycanın XIX əsrin əvvəllərinə dair tarixi faktlar saxtalaşdırılıb.

Oleq Qalitskix adlı müəllifin məqaləsində 1826-cı ilin sentyabrın 15-də, bəzi mənbələrə görə sentyabrın 3-də baş verən Şamxor döyüşündən bəhs edilir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın dövlət saytı Azərbaycana qarşı təxribatı ARADAN QALDIRDI


Rusiya-İran müharibəsi zamanı indiki Şəmkir ətrafında baş vermiş döyüş haqqında yazan rusiyalı müəllif Azərbaycan xanlıqlarını Şərqi Ermənistan (“Восточная Армения”) adı altında təqdim edib.

Türk qacarlar sülaləsinin nümayəndəsi şahzadə Abbas Mirzəni fars sülaləsinin nümayəndəsi kimi təqdim edən müəllif yazır: “Öz növbəsində, hakim Fars sülaləsi 1804-1813-cü illərdəki Rusiya-Fars müharibəsinin nəticələrini geri qaytarmağa ümid edirdi, hansı ki, bu müharibənin nəticəsində Persiya Rusiyanın Gürcüstan, Dağıstan və Şərqi Ermənistan üzərində hökmranlığını tanımışdı”.

Göründüyü kimi, müəllif tarixi faktları saxtalaşdıraraq həmin zaman mövcud olmayan Gürcüstan, Dağıstan və Şərqi Ermənistan terminlərindən istifadə edir.
 

Belə ki, 1804-1813-cü illərdə Rusiya ilə İran arasında gedən müharibə nəticəsində imzalanan Gülüstan müqaviləsinə görə, İrəvan, Naxçıvan və Talış xanlıqları istisna olmaqla bütün Şimali Azərbaycan xanlıqları Rusiya imperiyasının tərkibinə daxil olmuşdu. Həmin müqavilədə “Şərqi Ermənistan” termininə rast gəlinmir.


Məqalənin müəllifi Oleq Qalitskix barədə APA-nın Moskva müxbiri araşdırma aparıb.

Məlum olub ki, Qailtskix Rusiyanın erməni diasporunun güclü olduğu Krasnodar diyarının Soçi şəhərində yaşayır. Məlum məqalənin sifarişçilərinin kim və ya kimlər olduğunu tək elə bu fakt müəyyən edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin