KTMT-nin növbəti sammiti İrəvanda keçiriləcək

Hazırda oxunan: KTMT-nin növbəti sammiti İrəvanda keçiriləcək

37228

KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Təhlükəsizlik Şurasının növbəti iclası İrəvanda keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın Düşənbədə keçirilən zirvə toplantısının yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

Qeyd olunur ki, sessiya 2022-ci ilin ikinci yarısında İrəvanda baş tutacaq.
 

MÖVZU İLƏ BAĞLI:

KTMT-dən Əfqanıstanla bağlı BƏYANAT 


"Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası, əlbəttə ki, gələn ilin dördüncü rübündə İrəvanda keçiriləcək", - KTMT -nin baş katibi Stanislav Zas görüşdən sonra jurnalistlərə bildirib.

Sentyabrın 16-da Düşənbədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən yüksək orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçirilib.

Əsas müzakirə mövzusu Əfqanıstandakı vəziyyət və KTMT-yə üzv ölkələrin təhlükəsizliyi olub.

KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin