Ermənistan Milli Təhlükəsizlik Xidməti Basakeçər rayonunun Tsakkar kəndində uşaq bağçasının təmiri üçün ayrılan vəsaitin mənimsənilməsi sxemini üzə çıxarıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Xidmətin mətbuat xidməti yayıb.
İş sənədlərinə görə, işlərin icrası üçün müqavilə 4 dekabr 2015-ci ildə tikinti proqramının icrası komitəsi, Tsakkar icmasının rəhbəri və podratçı şirkət arasında imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin yeni fırıldağı – İndi də maşın nömrələrini oğurlayırlar – İLGİNC SƏBƏB
Uşaq bağçasının restavrasiyası və bərpası "Ermənistanın Ərazi İnkişafı Fondu" proqramı çərçivəsində həyata keçirilib. Podratçı uşaq bağçasının təmir və yenidən qurulmasını, istilik və isti su təchizatı üçün günəş kollektorunun quraşdırılmasını öz üzərinə götürüb.
Layihənin dəyəri 163 milyon 799 min 534 dram (334 284 dollar) təşkil edib. İş 2015-ci ildən 2017-ci ilə qədər davam edib. Podratçıya kollektorun quraşdırılması üçün 11 milyon 999 min 165 dram (24.488 dollar) ayrılıb.
Araşdırma zamanı məlum olub ki, istilik və su təchizatı sistemi keyfiyyətsiz, bəzən ev istehsalı materiallardan yığılıb və quraşdırıldığı gündən etibarən işləməyib.
Bununla birlikdə, 2 oktyabr 2017-ci ildə nəzarət funksiyasını yerinə yetirən komissiyanın nümayəndəsi parametrlərin müəyyən edilmiş normalara uyğunluğu barədə akt tərtib edib. Pul podratçıya təhvil verilib. Dövlətə xüsusilə böyük miqyasda ziyan dəyib.
Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb.
Bizim.Media