KTMT-nin məsuliyyət bölgəsindəki vəziyyət həmin ölkələr üçün risklidir - Putin

Hazırda oxunan: KTMT-nin məsuliyyət bölgəsindəki vəziyyət həmin ölkələr üçün risklidir - Putin

37202

Rusiya Prezidenti Vladimir Putin KTMT-nin məsuliyyət bölgəsindəki vəziyyətin nəinki qeyri-sabit olduğunu, həm də bölgə ölkələri üçün risklər daşıdığını söyləyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

"Artıq qeyd edildiyi kimi, KTMT-nin məsuliyyət bölgəsində və üzv dövlətlərin xarici sərhədlərindəki vəziyyət nəinki qeyri-sabitdir, həm də ölkələrimizin təhlükəsizliyi üçün yeni ciddi çağırışlar və risklər daşıyır". Putin KTMT-nin sammitində belə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Putin üzr istədi - SƏBƏB


​​​​​​​O, təcrid vəziyyətində olduğu üçün görüşdə videokonfrans vasitəsilə iştirak edir.

Bir gün əvvəl Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT Təhlükəsizlik Şuraları Katibləri Komitəsinin birgə iclasının ardından Əfqanıstanda vəziyyətlə əlaqədar bir bəyanat qəbul edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin