Rusiya prezidenti Vladimir Putin bir neçə gün ərzində özünü təcrid edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə o, cümə axşamı günü Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) zirvə görüşündə video bağlantı vasitəsi ilə danışarkən bildirib.
O, tədbirdə şəxsən iştirak edə bilmədiyi üçün üzr istəyib.
MÖVZU İLƏ BAĞLI:
Düşənbədə başlayan KTMT-nin sammitinə Putin gəlmədi – SƏBƏB
Putinin sözlərinə görə, koronavirusa yoluxma halları onun ən yaxın çevrəsində müəyyən edilib. "Bu, bir deyil, iki deyil, onlarla adamdır" deyib.
Sammitdə Rusiya, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistandan nümayəndə heyətləri iştirak edir. İştirakçılar regional təhlükəsizlik və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Əsas məsələ Əfqanıstandakı vəziyyətdir.
Bizim.Media