“Sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırıq” - Qriqoryan Patruşevə söz verdi

Hazırda oxunan: “Sərhədlərin delimitasiyası və demarkasiyasına başlamağa hazırıq” - Qriqoryan Patruşevə söz verdi

37115

Bu gün Düşənbədə Ermənistan və Rusiya Təhlükəsizlik Şuralarının katibləri Armen Qriqoryan və Nikolay Patruşevin ikitərəfli görüşü baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının əməkdaşları məlumat veriblər.

Armen Qriqoryan rusiyalı həmkarına sərhəddə yaranan son vəziyyəti təqdim edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanla sülh prosesini bərpa etmək əzmindəyik” - Nikol Paşinyan


O, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə ən qısa zamanda başlamağa hazır olduğunu əlavə edib.

Bölgədə uzunmüddətli sülhün qurulmasının mümkünlüyündən danışan Armen Qriqoryan vurğulaıb ki, Ermənistan hökuməti regional infrastrukturun blokadadan çıxarılması imkanlarından istifadə edərək Cənubi Qafqaz regionuna davamlı sülh və inkişaf gətirəcək "sülh dövrü" elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin