Ölən və yaralanan erməni əsgərlərinə görə bir nəfər saxlanıldı

Hazırda oxunan: Ölən və yaralanan erməni əsgərlərinə görə bir nəfər saxlanıldı

36991

Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ehtiyatda olan Mkrtıç Ovakimyanın ölümü ilə əlaqədar onun həmkarı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.

Daha əvvəl Müdafiə Nazirliyinin mətbuat xidməti sentyabrın 1-də saat 22:00-da cənub-şərq istiqamətində yerləşən döyüş mövqeyində ehtiyatda olan çavuş 1978 -ci il təvəllüdlü Mkrtıç Serejayeviç Ovakimyanın ölümcül güllə yarası aldığını bildirmişdi.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni əsgəri intihar etdi


İlkin məlumatlara görə, hadisə Müdafiə Nazirliyinin hərbi hissələrindən birində xidmətdə olarkən döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində baş verib.

Bir əsgərə ölümcül güllə yarası, digərinə isə güllə yarası faktı ilə əlaqədar həmkarı saxlanılıb. Ona qarşı cinayət işi başlanıb. İlkin istintaq davam edir.

Xatırladaq ki, ehtiyatda olan hərbçilərin yenidən hazırlanması və bacarıqlarının artırılması məqsədi ilə 25 avqustdan etibarən Ermənistanda üç aylıq hərbi təlim düşərgələri keçirilir. Təlim düşərgəsinin iştirakçıları 10 sentyabrda döyüş mövqelərinə gediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin