Hulusi Akardan Türkiyə-Azərbaycan birgə təlimləri ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: Hulusi Akardan Türkiyə-Azərbaycan birgə təlimləri ilə bağlı AÇIQLAMA

36951

"Türkiyə-Azərbaycan birgə təlimləri bölgədə sabitliyə yönəlib".

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.

Hulusi Akar birgə təlimlərin keçirilməsini yüksək qiymətləndirdiyini qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Zakir Həsənov və Hulusi Akar “TurAz Şahini - 2021” təlimlərini izlədilər - FOTO


İkitərəfli hərbi əməkdaşlığın inkişafının vacibliyini bildirən H.Akar bu təlimlərin hərbçilərimizin təcrübə qazanması üçün çox vacib olduğunu, iki ölkə arasındakı hərbi əməkdaşlığın xalqlarımız və ölkələrimizin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəldiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə iştirak etmək üçün bu gün Konya şəhərinə gəliblər.

Təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin