Erməni spikerdən ETİRAF: “22 il ərzində Ermənistanda…”

Hazırda oxunan: Erməni spikerdən ETİRAF: “22 il ərzində Ermənistanda…”

36752

“1996-cı ildən 2018-ci ilədək Ermənistanda keçirilən bütün seçkilərin nəticələri saxtalaşdırılıb. Bunu respublika parlamentinin sədri kimi deyirəm”.

Bizim.Media “news.am”a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxışı zamanı deyib.

Parlament rəhbərinin sözlərinə görə, bu barədə hər kəsin məlumatı var:

"Seçkilərin saxtalaşdırılmadığı deyilsə də ictimaiyyət bunun doğru olmadığını çox yaxşı bilirdi. Buna görə də Ermənistanda keçirilən son seçkilərin saxtalaşdırıldığını söyləmək üçün edilən bütün cəhdlər, əhalinin dəstəyi ilə qarşılanmır.

Çünki insanlar bu seçkilərin saxtalaşdırılmadığını çox yaxşı bilirlər. Vətəndaşlar öz seçimlərini qanuni olaraq bəyan ediblər”.

Qeyd edək ki, Simonyan bu fikirləri Ermənistan Mərkəzi Seçki Komissiyasının hesabatına nəzər salarkən deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin