Kərkidə son durum necədir? – Ekspertdən AÇIQLAMA

Hazırda oxunan: Kərkidə son durum necədir? – Ekspertdən AÇIQLAMA

36734

Son günlər Naxçıvan MR-nın Sədərək rayonunun Kərki kəndinin ermənilərdən tam boşaldılması haqqında xəbərlər dolaşmaqdadır.

Bəzilərinin iddiasına görə hətta kəndə Azərbaycan Silahlı qüvvələrinin nəzarəti altındadır.

Məsələnin aktuallığını nəzərə alaraq, gəzən xəbərlər barədə hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrənməyə çalışdıq. Ekspertin fikrincə, hazırda bu vəziyyət reallığı əks etdirmir.
 

MÖVZU İLƏ BAĞLI:

Erməni jurnalistdən etiraf: “Bura Azərbaycan torpağıdır” - VİDEO


“Kərki kəndi eksklav yerləşən bir ərazidir. Onun bizə qaytarılması üçün mütləq yeni bir dəhliz açılmalıdır ki, biz həmin əraziyə gedib çıxa bilək. Kənd dörd tərəfdən ermənilərlə əhatə olunub.

Ona görə onun bizə verilməsi üçün mütləq şəkildə Ermənistan ərazisindən bir hissə açılmalıdır. Hazırda Zəngəzur dəhlizinin açılması problemi 10 noyabr üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, hələ də öz həllini tapmır.

Bu səbəbdən hazırda Kərki kəndi prioritet məsələ deyil. Düzdür, məsələ bəlkə də müzakirə olunur, lakin hazırda bu haqda real fəaliyyətlər, imzalanmış bir sənəd, müqavilə yoxdur. Bu səbəblə də Kərkinin boşaldılması haqqında nəyisə iddia etmək asan deyil”. 

Sonda Ədalət Verdiyev bildirib ki, belə bir hadisə baş versə, birinci növbədə erməni mətbuatında tozanaq qopacaq.
 

“Biz dərhal onu hiss edərik. Gördüyünüz kimi o cür mənzərə hələ ki, seyr edilmir. Kərki və digər anklav ərazilərimiz gec-tez onsuz da bizə qaytarılacaq. Ancaq indiki vəziyyət üçün bu real deyil”.


Qeyd edək ki, Azərbaycana məxsus eksklav olan Kərki kəndi 1992-ci ildə, Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçib. Ermənistanın şimal və cənub hissələrini birləşdirən yol bu kənd üzərindən keçir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin