Cənubi Qafqaz regionun strateji və geosiyası baxımdan çox güclü və mərkəz region olduğuna görə, bir çox güclər Azərbaycanın burada yaratdığı son reallıqla barışmaq istəmirlər.
Ermənilərdən tuthalqa kimi istifadə edən xarici qüvvələr regiondakı vəziyyəti gərginləşdirməkdə davam edirlər. Hərə öz çıxarına oynayır və onların içində İran da var.
11 avqust-10 sentyabr tarixlərində İrana məxsus 58 yük maşınının qanunsuz olaraq Qarabağa daxil olduğu, onlardan 55-nin geri qayıtdığı, 3 yük maşınının isə hələ də Xankəndidə olduğu haqda xəbərlər yayılıb. Əldə olunan son foto və videolarda görünür ki, İran ona aid yük maşınları pərdələnmək üçün erməni nömrələrindən istifadəyə də əl atır.
MÖVZU İLƏ BAĞLI:
Ermənistana sərmayə qoyan İran şirkətləri – İçərisində azərbaycanlılar da var - SİYAHI
Bəs İrandan Qarabağ ermənilərinə müxtəlif adlar altında yardım karvanlarını təşkil edənlər kimlərdir? İran hökumətinin bunda nə qədər əli var?
“Məlumatlara görə günü bugündə İranda ermənilərə dəstək üçün çalışan 73 təşkilat fəalyyət göstərir”.
Bizim.Media-ya bunları danışan politoloq Rövşən Novruzoğlu deyir ki, bu hələ işlərin hamısı deyil:
“Erməni əsilli İran vətəndaşları ilə yanaşı bu təşkilatlarda xeyli sayda fars milləti mınsubları da var. Bu təşkilatlar Ermənistana, erməni əsgərlərinə paltar, yemək göndərir, kartlarına hər ay mütəmadi olaraq pul köçürürlər”.
Qarabağa keçən maşınların demək olar ki, hamısında yüklərin içərisində müxtəlif növ silah-sursat gizlədilir deyən, politoloq qeyd edir ki, silahların ötürülməsində İran hökumətinin də xəbəri var:
“İranda hər evdə silah zavodu yoxdur ki. Bu silahlar İran ordusundan alınır və farslar tərəfindən ermənilərə ötürülür. Ancaq ağıllarına da gəlməyib ki, Azərbaycan öz peyki vasitəsilə bütün gizlinləri üzə çıxarmaq iqtidarındadır”.
Politoloq İranda fəaliyyət göstərən məşhur Eçmiəzdin kilsəsinin fəlaiyyətindən, “KRUNT” təşkilatına külli-miqdarda pulların köçürülməsindən də danışıb.
“Bu gün İranda Ermənistana işləyən 73 təşkilat və “Artsax bank” fəaliyyət göstərir. Sual olunur onların orada nə işi var? İrandan bu gün də ermənilərin “KRUNT” təşkilatına külli-miqdarda pullar ötürülür.
Sonra Təbrizdə Eçmiəzdin kilsəsinin filialı var, o da lazım olan “tədbir”ləri həyata keçirməklə məşğuldur. İran dövləti Azərbaycanla münasibətlərini saxlamaq üçün mütləq bu qüvvələrə qarşı mübarizə aparmalıdır”.
Vüsalə Balayeva, Bizim.Media