Fransanın bir gecəlik erməni sevgisi

Hazırda oxunan: Fransanın bir gecəlik erməni sevgisi

3644

Ermənilərin dünyada ən böyük istinad yerlərindən biri Fransadır. Planetin başqa yerlərində başqaları ilə olduğu kimi, bu heç də hər hansı uzun müddətli mütərəqqi müttəfiqliklə və ya tarixi köklərlə bağlı deyil. Bu da sadəcə, ermənilərin özünü sırımaq diplomatiyasının təzahürləri sırasındadır.

Əgər belə olmasaydı, Fransa Senatının bir gün əvvəl qəbul etdiyi tövsiyyə xarakterli qərar, bir gün sonra Fransa hökuməti tərəfindən rədd edilməzdi. Fransızların bir gecəlik erməni sevgisi Kim Kardaşıyan hüdudlarının çox da uzağa getmədiyini də deyə bilərik.

Buna əks-arqument kimi, Azərbaycan-Türkiyə münasibətlərini nümunə göstərə bilərik. Yeri gələndə Azərbaycan, yeri gələndə Türkiyə, beynəlxalq müstəvidə bir-birlərinə qarşı konkret dəstəklə çıxış edirlər və buna kimin nə don geyindirəcəyi heç söhbət mövzusu olmur.

Təbii burada başqa bir nüans da var, o da Türkiyə və Azərbaycanın qarşılıqlı və dünyaya münasibətlərində əsas meyar ədalətdir. Zatən, ədalət olmadan türk tarixinin heç bir mərhələsində addım atılmadı.

Erməni millətinin və dövlətinin mahiyyətində dayanan yalan, şər-böhtan və terror dünyanı idarə etmək, onun əhəmiyyətli hissələrinə sahib olmaq istəyən maraq dövlətlərini həmişə cəlb edib.

Erməni ilanı tutan “Seyid Əhməd” obrazında olmaqdan həmişə məmnunluq keçirib. 

Ağır günlər yaşan indiki Ermənistanın xarici siyasətində fransızdilli birliklə daha sıx əlaqə qurmaq cəhdləri də bu tezislərdən çox uzağa getmir. Beynəlxalq Frankofoniya Təşkilatının baş katibi Luis Miuşikivabo Ermənistana məlum son səfəri ekspertlər tərəfindən bu yöndə şərh olunur. 

Baş katib Qarabağ münaqişəsi ilə bağlı təşkilat adından Ermənistana tam dəstəyini ifadə edib. Ermənistan baş naziri Paşinyan isə qarşı tərəfə dəstək üçün təşəkkürlərini bildirməklə yanaşı, Türkiyə və Azərbaycanın Suriyalı terrorçulardan istifadə etməsi il bağlı uydurma faktları bölüşüb.

Baş verənlərdən narahatlığını dilə gətirən katib İrəvanın vacib rolunu qeyd edib və təşkilatın Ermənistanla əlaqələrini gücləndirmək üçün səylərini göstərəcəyinə söz verib. 

Xatırladaq ki, Beynəlxalq Frankafoniya Təşkilatı fransız dilində danışan ölkələrin mədəni birliyidir. Təşkilatın hazırda 88 üzvü var. Əsasən inkişaf etməkdə olan ölkələrin yer aldığı təşkilatda üzv ölkələr arasında mədəni-iqtisadi sahələr üzrə qarşılıqlı əməkdaşlıq həyata keçirilir. 

Diqqət çəkən məqam isə etnik tərkibi etibarilə monoetnik dövlət olan Ermənistan cəmi 0,33% insanın fransız dilində danışmasına baxmayaraq təşkilata tam hüquqlu üzv olmasıdır. Aydındır ki, Ermənistnın təşkiltla bu qədər yaxın əlaqələrə malik olmasının və təşkilatın fəaliyyətlərində yaxından iştirak etmək üçün dəridən qabıqdan çıxmasının hansısa gizlin səbəbləri var.

Hələ 2010-cu ildə təşkilatda müşahidəçi qismində iştirak edən Ermənistan höküməti, təşkilatın İsveçrədə keçirilən 13-cü sammitində Qarabağ məsələsini gündəmə gətirmişdi.

Öz xeyirlərinə qətnamənin qəbul olunması üçün dəfələrlə cəhd etmələrinə baxmayaraq, təşkilat yekun qətnamədə Minsk qrupunun sülh prinsiplərinin əsas tutulmalı olduğunu bəyan etmişdi.

Ermənistanın təşkilatla bağlı davam edən cəhdləri 2012-ci ilin 13 oktyabrında Ermənistan Frankafoniya təşkilatına həqiqi üzv qəbul edilməsi ilə nəticələndi.

Bundan sonra təşkilatla qarşılıqlı əməkdaşlığı daha da gücləndirən Ermənistan höküməti ona heç bir aidiyyəti və bağlılığı olmayan Frankofoniya təşkilatında fəal iştirak etməyə davam etmiş, hətta 2015-ci ilin oktyabr ayında təşkilatın nazirlərarası konfransına İrəvan ev sahibliyi etmişdi. 

Ermənistanın bu təşkilatda yer alması və təşkilatın saamitlərində çıxış haqqına sahib olması 88 dövlətlə birbaşa əlaqələr qurması üçün imkan yaradır.

Ermənistanın xüsusilə Dağlıq Qarabağın gələcəyi ilə bağlı məsələlərdə bu təşkilatın fəaliyyətindən yararlana biləcəyini güman edir. Ermənistanın Fransa senatının Dağlıq Qarabağla bağlı biabırçı qərarından sonra təşkilata üzv olan və Fransanın mədəni təsirlərinə malik digər dövlətlərin də oxşar qərar qəbul etmələri istiqamətində iş aparacağı gözlənilir.

Amma bir daha xatırlatmaq yerinə düşər ki, dilənçilik missiyası ilə ortalarda dolaşan bir dövlətin hansısa güclü söz sahibinə çeviriləcəyi, hörmət sahibi olacağı mümkün deyil. Ermənistan bir dəfəlik istifadələr üçün yaralı bir məmulatdır və heç bir dövlət öz strateji maraqlarını ona qurban verməz. Necə ki, Fransa da bunu etmədi! 

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin