Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Adalar dənizi və Yunanıstanla Qonşuluq Əlaqələri Problemləri Simpoziumu”ndan çıxış edərkən Azərbaycanla bağlı da açıqlama verib.
Bizim.Media xəbər verir ki, nazir Türkiyənin Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Şad xəbər Hulusi Akardan gəldi: “Qırıcı təyyarə istehsal edəcəyik”
“Türkiyə Cənubi Qafqazda sabitliyə böyük əhəmiyyət verir və bu bölgədə sülh və sabitliyin təmin olunması üçün böyük səylər göstərir. Azərbaycan, can qardaşımız, 30 ildir işğal altında olan öz torpaqlarını 44 günlük Vətən müharibəsi zamanı erməni işğalından azad edib".
O, həmçinin qeyd edib ki, Türkiyə bundan sonra da bütün imkanları ilə Azərbaycanın yanında olacaq.
Bizim.Media