Rüstəm Muradov haqqında SON MƏLUMAT – “Nazir ola bilər” 

Hazırda oxunan: Rüstəm Muradov haqqında SON MƏLUMAT – “Nazir ola bilər” 

36221

Artıq Rusiya sülhməramlı qüvvələrinin yeni təyin olunmuş komandanı general-mayor Mixail Kosobokov bu gündən fəaliyyətinə başlayıb. 

Verilən məlumata görə, sülhməramlıların keçmiş rəhbəri general –leytenant  Rüstəm Muradov isə təhvil- təslim işlərini həyata keçirir. O, hələ də Qarabağı tərk etməyib və hazırda Xankəndidədir və bir müddət orada olacaq.

Rusiyalı generalın bundan sonra hansı istiqamətdə fəaliyyət göstərəcəyi ətrafında da müxtəlif versiyalar dolaşır. 
 

MÖVZU İLƏ BAĞLI:

Rüstəm Muradov Qarabağdakı missiyasını başa vurdu - TƏFƏRRÜATLAR 


Bəzi iddialara görə, general-leytenant Şimali Qafqaz hərbi dairəsinə rəhbər göndərilir. Lakin bir başqa versiyaya görə R.Muradov Suriyada yerləşən Rus Hərbi Birləşmələrinə başçılıq edəcək.

Bu haqda rəsmi heç bir məlumat olmasa da onun konflikt yaşanan bölgələrdən birinə göndəriləcəyi deyilir. Bir ehtimal isə onun Əfqanıstanda yaranan münaqişəyə görə Tacikistanın cənubuna Əfqanıstan ilə sərhəd bölgəsinə göndəriləcəyidir. 
 

Ötən gün Rusiya Fövqaladə Hallar naziri Yevgeni Ziniçevin faciəli ölmündən sonra Rüstəm Muradovun onun yerinə təyin ediləcəyi də danışılır.


Bu şaiyələrə onun RF Müdafiə naziri Şoyqu ilə olan mehriban münasibətləri də əsas verib.

Bütün hallarda  Qarabağdan çıxarılan Rüstəm Muradov Rusiya prezidenti Vladimir Putindən müvafiq əmr gözləyir.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin