Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevin nazirlik tərəfindən keçirilən təlim zamanı həlak olduğu barədə məlumat vermişdik.
Bizim.Media xəbər verir ki, nazirin ölümü ilə bağlı Rusiyanın hökumətə yaxın çevrələrində sensasion fikirlər səsləndirilməkdədir.
Ziniçev Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından idi.
Hökumətə yaxın çevrədən sızan məlumatda Ziniçevin ölümündə təsadüf ehtimalının çox az olduğu bildirilir. Sentyabrda Rusiyada böyük islahatlar olacağı gözlənilirdi. Yerdəyişmələr əsasən Rusiyanın Federal Təhlükəsizlik Xidmətində olmalı idi. Ziniçev bu mötəbər qurumun rəhbəri vəzifəsinə ən şanslı namizəd sayılırdı.
MÖVZU İLƏ BAĞLI:
Putin həlak olmuş nazirə "Rusiya Qəhrəmanı" adı verdi
Putinin Ziniçevlə bağlı böyük planları olduğu və onun Rusiya prezidentinin varisi olacağı haqda iddialar yayılırdı.
Onu da qeyd edək ki, 2014-cü ildə Ziniçev Rusiya Federal Təhlükəsizlik Xidmətinin terrorizmlə mübarizə üzrə rəis müavini vəzifəsinə çalışarkən strukturun rəhbər heyəti ilə fikirləri tez-tez üst-üstə düşmürdü.
2018-cı ildə Ziniçev ərizə yazaraq FTX-də tutduğu vəzifəsindən istefa verir. O zaman müəyyən qüvvələr Ziniçevi bu qurumdan kənarlaşdırmağa nail olur.
Zineçevin FTX-dən istefasından dərhal sonra Rusiya prezidentinin qərarına əsasən o, RF-in fövqəladə hallar naziri vəzifəsinə təyin olunur.
Həmin ilin dekabrında isə Ziniçevə general-polkovnik rütbəsi verilir. 2020-ci ilin dekabrında isə Vladimir Putin Zinçenkoya ən yüksək ali hərbi rütbə - Ordu Generalı rütbəsi verir.
Təyinata sayılı günlər qalanda isə general ölür.
Xatırladaq ki, Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlər zamanı məşhur operator və kinorejissor Aleksandr Melniki xilas edərkən həlak olub.
Bizim.Media