Avqustun 1-də dörd azyaşlı uşağı ilə Şuşaya qayıtmaq istəyən İzaura Balasanyan Rusiya sərhədçiləri tərəfindən Xankəndidə yerləşən Təhlükəsizlik Xidmətinə təhvil verilib.
Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Balasanyan özü müsahibəsində məlumat verib.
“Bəli, mən yaşamağa yerim olmadığı üçün, vəfat edən ərim və anamın fotolarını və uşaqlarımı da götürüb, Şuşaya getdim. Rus əsgərləri məni ora buraxmadılar və öz rəhbərlərinə zəng vurdular. Sonra ora Təhlükəsizlik xidməti gəldi”.
MÖVZU İLƏ BAĞLI:
Xankəndi ermənilərindən Azərbaycana MÜRACİƏT: "Bizi vətəndaşlığa qəbul edin, işləyək”
Balasanyan Şuşaya qayıtmaq istəyinin səbəblərini də açıqlayıb. O, bildirib ki, qarabağ müharibəsindən sonra onu ailəsi ilə birlikdə Xankəndində bir yataqxanaya yerləşdiriblər.
Lakin sonradan 100.000 dram (təxmini 340 AZN) kirayə haqqı olan otağın qiyməti birdən-birə 150.000 drama (təxmini 510 AZN) qaldırılıb.
Bundan sonra İzaura onun ailəsini yaşamaq üçün başqa bir yerlə təmin etmək üçün bütün dövlət qurumlarna müraciət etməsinə baxmayaraq, onun ricasına məhəl qoymayıblar. O da Şuşaya qayıtmağa qərar verib.
O, müsahibəsində bildirib ki, müharibədən sonra yüzlərlə erməni onun vəziyyətindədir. Hökumət heç bir tədbir görmür, onlar da çıxış yolunu Azərbaycan tərəfə keçib heç olmasa normal insan kimi yaşayacaqlarına ümid edirlər. Şuşa və ətraf rayonlarda gedən quruculu işlərində iştirak etmək və bununla da özlərinə çörək pulu qazanamaq imkanı əldə etmək fikrindədirlər.
Onlar düşünürlər ki, Xankəndidə əsir kimi xüsusi nəzarətdə yaşamaqdansa, Azərbaycan vətəndaşlığını qəbul edib normal güzaran qurmaq daha ümidvericidir.
Lakin sadə xalqın bu istəyi revanşist erməni qüvvələri və bacarıqsız yeni hakimiyyət tərəfindən qəddarcasına alınır. Balasanyan qeyd edib ki, amma burada hamı yaxşı bilir, azərbaycanlılarla sülh şəraitində yaşamaqdan başqa çıxış yolu yoxdur.
Balasanyan ailəsinin məcburi qayıdışından sonra İzauryaı Əskəran yaxınlığında xarabalığa çevrilmiş Xanyeri kəndində ilanla dolu bir ev ayrılıb.
Bir müddət sonra tanışlarından biri onu Zəngəzur ərazisinə köçürüb. İndi Balasanyan orada azyaşlı uşaqları ilə şəraiti olmayan, çətin sosial şəraitdə yaşayır və gələcək haqda heç bir ümidləri yoxdur.
Vüsalə Balayeva, Bizim.Media