“Türkiyə milli gəlirini bu il 800 milyard dollar, proqramın sonunda isə 1 trilyon dollara çatdıracaq”.
Bizim.Media xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan iqtisadiyyatın inkişafına dair “Orta Vədəli Program”a dair açıqlamasında belə deyib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan: “Şagirdlərimizə 2 milyon kompüter hədiyyə etdik”
O bildirib ki, “Orta Vədəli Program” ölkənin qarşıdakı 3 il ərzindəki iqtisadi xəritəsini əhatə edir.
Ərdoğanın sözlərinə görə, bu güclü Türkiyənin inkişafı istiqamətində böyük addımdır.
Bizim.Media