“Taliban”ı Əfqanıstanın legitim hökuməti kimi tanımağa tələsmək lazım deyil”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib. Nazir bildirib ki, bu mövzuda tələskənliyə yol vermək olmaz:
MÖVZU İLƏ BAĞLI:
Kabil aeroportunda Türkiyə hansı dövlətlərlə əməkdaşlıq edir? – Çavuşoğlu AÇIQLADI
“Bütün dünyaya da tövsiyəmiz budur. Yeni hökumətdə qadınların da təmsil edilməsini arzulayırıq. Şərtlərə və hadisələrin inkişafına görə hərəkət edəcəyik.
“Taliban” ölkədə xarici hərbi qüvvə istəmir. Son hadisələrdən sonra biz də dəyərləndirmələrimizi etdik və sülhməramlılarımızı Əfqanıstandan çıxardıq”.
Bizim.Media