"Şimal axını-2" qaz boru kəmərinin ikinci xəttinin qaynaq edilməsi prosesi tam başa çatdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, növbəti addım boru kəmərinin Almaniya və Danimarkadan gələn hissələrinin birləşdirilməsidir. Bundan sonra işəsalma-sazlama işlərinə start veriləcək ki, bu ilin axırına kimi kəmərin istifadəyə verilməsi baş tutsun.
Xatırladaq ki, "Şimal axını-2" layihəsi Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya qədər, illik gücü 55 mlrd. kubmetr olan iki qaz xəttinin inşasını nəzərdə tutur.
Bir müddət əvvəl "Qazprom" bildirib ki, kəmərin birinci xətti demək olar istismara hazırdır – buraxılış-sazlama işləri başa çatmaq üzrədir, ikinci xəttin tikintisi isə son mərhələdədir.
Bizim.Media
- A-
- A
- A+
Region
03:17 / 07.09.2021
Rusiyanın istəyi gerçəkləşdi – “Şimal Axını-2”də son tamamlama işləri gedir
Hazırda oxunan: Rusiyanın istəyi gerçəkləşdi – “Şimal Axını-2”də son tamamlama işləri gedir
Hazırda oxunan: Rusiyanın istəyi gerçəkləşdi – “Şimal Axını-2”də son tamamlama işləri gedir
35840
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.