Qarabağ ermənilərinin “prezidenti” Arayik Arutyunyan İrəvanda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Xovayevlə görüşüb.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, görüş zamanı həmsədrlərin regiona səfərinin vacibliyi qeyd olunub.
MÖVZU İLƏ BAĞLI:
Arayik Arutyunyan geri addım atdı - Bayram tədbiri olmayacaq
Arutyunyan, Rusiyanın bölgədəki sülhməramlı missiyasının xüsusi əhəmiyyətini də xatırlatmağı unutmayıb.
Qeyd edək ki, rusiyalı vasitəçi İrəvana səfəri çərçivəsində artıq Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər keçirib.
Bizim.Media