Lavrovdan 4 ölkəyə böyük təhdid: “Açıq savaş elan edilib” 

Hazırda oxunan: Lavrovdan 4 ölkəyə böyük təhdid: “Açıq savaş elan edilib” 

35812

“Ukraynada rus dilinə qarşı ayrı-seçkilik fəlakət həddinə çatıb”. 

Bizim.Media “ria novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. 

Onun sözlərinə görə, rus dilinə qarşı ayrı-seçkiliyin əsas nümunələri Baltikyanı ölkələr və Ukraynadır: 
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov: “Rusiya Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır”


“Bu ölkələrdə (Latviya, Litva və Estoniya) rus dilinə, rusdilli təhsilə qarşı açıq müharibə elan edilib və çoxsaylı beynəlxalq konvensiyaları pozurlar”. 

Lavrov qeyd edib ki, belə hallara qarşı mübarizə aparmaq üçün gücdən istifadə etmək mümükün deyil, amma Moskva həmin ölkələri hesabat verməyə çağırır. 

“Düşünürəm ki, Ukraynada rus dilinə qarşı ayrı-seçkilik fəlakət həddinə çatıb. Bu, Ukrayna dili haqqında müvafiq qanunda da öz əksini tapıb”, – deyə nazir bəyan edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin