İranlı nazirdən ETİRAF: “Ölkə 3 ildə 100 milyard dollar itirib”

Hazırda oxunan: İranlı nazirdən ETİRAF: “Ölkə 3 ildə 100 milyard dollar itirib”

35658

“İran 2018-2021-ci illərdə 1,8 milyard barel nefti sata bilməyib ki, bu da dövlət büdcəsini 100 milyard dollar həcmində gəlirdən məhrum edib”. 

Bizim.Media xəbər verir ki, bu sözləri İranın yeni neft naziri Cavad Oruci deyib.

O bildirib ki, sanksiyalar neftin ixracına və satılmasına böyük maneədir. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qara qızıl”ın qara günləri – Neft ehtiyatları tükənir?


Qeyd olunub ki, iqtisadi sanksiyalar yalnız neftin ixracına deyil, eyni zamanda İrana neft hasilatı üçün yeni texnologiyaların gətirilməsinə və neft sahəsinə sərmayə yatırılmasına da imkan vermir.

Bir sıra Qərb dövlətləri İranın neft və qaz sahəsinə külli miqdarda sərmayə yatırmaq istəyirlər.

Hətta Almaniya və digər Avropa dövlətləri ilə İran arasında müqavilələr də imzalanıb. Lakin sanksiyalar bu müqavilələrin reallaşmasına imkan vermir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin