Gürcüstanda koronavirusdan 3-cü körpə həyatını itirdi

Hazırda oxunan: Gürcüstanda koronavirusdan 3-cü körpə həyatını itirdi

35540

Tbilisidə Tstsişvili adına uşaq xəstəxanasında koronavirusa yoluxan daha bir körpə vəfat edib.

Bizim.Media xəbər verir ki, 17 günlük körpə ağır vəziyyətdə Batumidən Tbilisiyə çatdırılıb.

Körpə xroniki xəstəliklərdən də əziyyət çəkirmiş. Səkkiz gün ərzində klinikada müalicə olunmasına baxmayaraq, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bu, Gürcüstanda COVID-19 infeksiyasından dünyasını dəyişən sayca üçüncü körpədir. İlk iki ölüm halı bu ilin iyul ayında qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin