Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 276 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 304 530 nəfər test edilib, onların 22 857-nin koronavirus testi pozitiv nəticə verib, 14 527 nəfər sağalıb.
MÖVZU İLƏ BAĞLI:
Dünyada koronavirusla bağlı SON STATİSTİKA
Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 96 378 383 peyvənd tətbiq edilib ki, bunun 79,26 faizi birinci mərhələ vaksinasiya olunanlardır.
Bizim.Media