"Moody's" Beynəlxalq Reytinq Agentliyinin Ermənistanla bağlı son hesabatında, Ermənistanın kredit reytinqi "Ba3" səviyyəsində saxlanılıb və proqnoz sabit qalır.
Bizim.Media xəbər verir ki, müqayisə üçün 6 aprel 2021-ci tarixdə "Moody's"in Azərbaycanla bağlı proqnozları isə stabildən pozitivə, emitentin və üstün hüquqa malik təmin edilməmiş borc üzrə uzunmüddətli reytinqlərini "Ba2" səviyyəsinə qaldırılıb.
MÖVZU İLƏ BAĞLI:
Paşinyan tərifləyir, ermənilər isə həyəcan təbili çalır – Makroiqtisadiyyat “Qırmızı zona”dadır
Hesabatda Moody's, Ermənistan hökumətinin qarşıdakı 5 il ərzində bu göstəricini 60 %-ə endirmək siyasətinin əhəmiyyəti vurğulanıb.
Təbii ki, bununla reytinq agentliyi qısa müddətdə ümumi borcun ÜDM-ə nisbətinin əhəmiyyətli azalacağına ümid etmir.
Beynəlxalq reytinq agentliyi Ermənistan iqtisadiyyatının inkişaf prespektivlərini qonşu ölkələrlə gərginliyi aradan qaldırmaqda görür.
Bizim.Media