Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 283 nəfər vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
"Həftədə 5 gün fasiləsiz əyani təhsilə başlanılacaq" - TÜRKİYƏLİ NAZİR AÇIQLADI
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 305 047 nəfər test edilib, 23 946 yeni yoluxma halı qeydə alınıb.
Xarıtladaq ki, ötən gün koronavirusdan 20 004 nəfər sağalıb.
Bizim.Media