“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Moskvanın diqqət mərkəzindədir. Bizim bu istiqamətdə siyasətimiz aktivdir”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
“Bizim əsas səylərimiz üçtərəfli razılaşmaların həyata keçirilməsinə cəmləşib.
MÖVZU İLƏ BAĞLI:
Zaxarova: “Rusiya Türkiyə və Ermənistanın yaxınlaşmasına hər cür kömək etməyə hazırdır” - VİDEO
Prioritetlər sırasında Qarabağda humanitar problemlərin həlli, Ermənistan-Azərbaycan sərhədində gərginliyin deeskalasiyası, Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin açılması var.
Biz ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mövcud mandat əsasında yeni regional reallıqları adekvat şəkildə nəzərə almaqla, Qarabağ nizamlanması ilə bağlı işinin fəallaşmasını dəstəkləyirik.
Hesab edirik ki, həmsədrlər Bakı ilə İrəvan arasında inamın yüksəlməsinə, eləcə də humanitar məsələlərin həllinə kömək edə bilər.
Hal-hazırda yeni rusiyalı həmsədr İqor Xovayev regional səfərə çıxıb. Onun Azərbaycan rəhbərliyi ilə görüşü olub, qarşıda analoji təmasları Ermənistanda olacaq”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Bizim.Media