Ermənistanda gənc qadın ərini xəyanətdə şübhəli bilərək yandırmaq qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti yayıb.
Daha əvvəl bildirilmişdi ki, 35 yaşlı Zəngəzur mahalının sakini Andranik Ç. bədəninin müxtəlif hissələrinin birinci, ikinci və üçüncü dərəcəli termik yanıqları ilə Gorus tibb mərkəzinə çatdırılıb.
Həyat yoldaşı Averik Ç. açıq kafedə onu görüşə dəvət edib və yandırmaq istəyib.
"Görülən tədbirlər nəticəsində 29 yaşlı Gorus sakininin ərinin evlilikdən kənar münasibətlərini öyrənərək evdən bir şüşə benzin və kibrit götürüb şəhər kafelərindən birinə getdiyi barədə məlumat daxil olub. Orada ərinin üstünə tez alışan maye ataraq yandırıb". Mesajda deyilir.
Yanğının kafenin yanında yerləşən avtomobil yuma məntəqəsində söndürüldüyü qeyd olunur. İnsidentlə bağlı cinayət işi açılıb.
Bizim.Media