Türkiyə Silahlı Qüvvələrinin FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində genişmiqyaslı əməliyyatlar keçirilib.
Bizim.Media xəbər verir ki, əməliyyatlar ölkənin 12 vilayətində paralel qaydada təşkil olunub.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə 11 FETÖ-çü tutuldu - Yunanıstana qaçmaq istəyiblər
Əməliyyatlar nəticəsində terror təşkilatları ilə əlaqəsi olmaqda şübhəli bilindiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmiş 40 hərbçidən 32-si yaxalanıb.
Digər hərbçilərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bizim.Media