Sentyabrın 1-dən etibarən Gürcüstanda yeni doğulan, həmçinin üç və ya daha çox uşağı olan ailələr üçün ipoteka faizlərinin subsidiyalaşdırılması proqramı başlayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava, Hökumətin iclasından sonra keçirdiyi birifinq zamanı qeyd edib.
Onun sözlərinə görə, bu cür ailələr banklara yaxınlaşaraq faiz subsidiya proqramımızdan yararlana bilərlər:
MÖVZU İLƏ BAĞLI:
Uşaqlara görə nə qədər müavinət verilib?
“Sentyabrın 1-dən yeni doğulan, həmçinin üç və ya daha çox uşağı olan ailələr üçün ipoteka faizlərinin subsidiyalaşdırılması proqramı qüvvəyə minəcək. Sentyabrın 1-dən sonra yaşayış şəraitini yaxşılaşdırmaq və mənzil almaq istəyən bu cür ailələr banklara yaxınlaşaraq faiz subsidiya proqramımızdan yararlana bilərlər.
Bu, əhalimizin rifahını yüksəltməyə, həyat şəraitini yaxşılaşdırmağa imkan verəcək çox yaxşı bir qərardır", - deyə N. Turnava bildirib.
Bizim.Media