“Ukraynanın Rus adlandırılmaq haqqı Rusiyadan daha çoxdur, ona görə də ölkənin adı Rus-Ukrayna olmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikri Donbasdakı əlaqə qrupundakı Ukrayna nümayəndə heyətinin mətbuat katibi və prezident administrasiyasının müşaviri Oleksiy Arestoviç jurnalist Roman Tsimbalyuka verdiyi müsahibədə söyləyib.
“Rusiya bizik, rus, rusınlar... Ölkələrin adını dəyişərdim, bizə Rus-Ukrayna deyərdim, ikiqat ad verərdim. Bunun üzərində işləyirik. Bu, sonda bütün mövzunu bağlayacaq”, deyə o, qeyd edib.
Arestoviç bildirib ki, Rusiyanın əlindən "ruslar" markasını almaq lazımdır, çünki onun fikrincə, Rus Ukraynadır, Rusiya isə bu mirasa yalnız azca iddia edə bilər.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna və ABŞ-ın müdafiə sahəsində yeni SAZİŞİ
O, həmçinin Moskva ilə Kiyev arasındakı münaqişənin "Rus-Rus" müharibəsi adlandırılmasını tələb edib. Arestoviç hesab edir ki, bu yolla Kiyev Moskvadan nəsə istəyə bilər.
Arestoviçin açıqlamasına Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova münasibət bildirib. O, ikiqat ad əvəzinə, Ukrayna rəsmilərinə başqa bir variant təklif edib: ölkələrini "Ukrus" adlandırsınlar. Bu barədə o, özünün Telegram kanalında yazıb.
Dövlət Dumasının Krımdan olan deputatı Ruslan Balbek öz növbəsində, Arestoviçin ideyasını deqradasiya adlandırıb. O, qeyd edib ki, Ukrayna hakimiyyətinin ölkəsinin tarixi mənsubiyyəti ilə bağlı mövqeyi daim dəyişir.
Bizim.Media