Çavuşoğlu: “Ölkədə ciddi ərzaq ehtiyacı yaranıb”

Hazırda oxunan: Çavuşoğlu: “Ölkədə ciddi ərzaq ehtiyacı yaranıb”

35015

“Əfqanıstanda hazırda humanitar vəziyyət çox acınacaqlıdır. Uşaqlar, qadınlar aclıq təhlküəsilə üz-üzədir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Serbiyanın xarici işlər naziri Nikola Selakoviçlə görüşündən sonra keçirilən mətbuat konfransında jurnalsitlərin suallarını cavablandıran M. Çavuşoğlu Kabil Hava limanına yaxın yerdə çox sayda insanın ölümündən təəssüfləndiyini bildirərək deyib ki, hazırda Əfqanıstana humanitar yardımların çatdırılmasında intensivlik və sürət vacib amildir:
 

MÖVZU İLƏ BAĞLI:

Çavuşoğlu: “PKK-nı İraqda məhv edəcəyik”


“Təbii ki, bu humanitar yardımları çatdıran “BMT-nin, bizim “Kızılay” və digər beynəlxalq təşkilatların orda təhlükəsizliyini təmin etmək də vacibdir.

Əfqanıstanda quraqlıq olduğundan, hazırkı vəziyyətlə əlaqədar ölkədə ciddi ərzaq ehtiyacı yaranıb”.

Dünyada yeni bir miqrasiya böhranının yaşanmasından narahatlığını ifadə edən Türkiyənin XİN başçısı deyib ki, bu səbəbdən də insanların Əfqanıstandan qanunsuz köç etməməsi üçün ərzaq təminatını gücləndirmək və qanunsuz köçün qarşısını almaq üçün hər cür tədbirin görülməsi lazımdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin