Sentyabrın 2-də İrəvandan Xankəndinə rəsmi qonaqlar gələcəkmi? – Bakı “yox” deyir

Hazırda oxunan: Sentyabrın 2-də İrəvandan Xankəndinə rəsmi qonaqlar gələcəkmi? – Bakı “yox” deyir

34972

Qarabağda qondarma rejimin “müstəqilliyin elan edilməsinin” 30 illiyi münasibətilə sentyabrın 2-də keçiriləcək təntənəli tədbirlərdə Ermənistandan yüksək vəzifəli şəxslərin Xankəndinə gəlişini təmin etmək üçün rəsmi İrəvan çox çalışır.

Bizim.Media xəbər verir ki, bu barədə “Qraparak" qəzeti yazır və qeyd edir ki, Ermənistanın rəsmi şəxsləri Qarabağa getmək istəmirlər, çünki 44 günlük müharibədən sonra Bakı açıq şəkildə tələb irəli sürüb və onların gəlişinə qadağa qoyub.

Qəzet xatırladır ki, hələ bu ilin yanvarında Azərbaycan rəhbərliyi Ermənistanın o zamankı xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfərini qanunsuz adlandıraraq çox əsəbi reaksiya vermişdi.

Nəşrin yazdığına görə, keçən həftə İrəvana səfəri zamanı “Qarabağ parlamenti”nin sədri Artur Tovmasyan parlament fraksiyalarının rəhbərləri ilə görüşüb və onlara dəvətnamələri şəxsən çatdırıb. Tovmasyan əmin edib ki, Qarabağ parlamentinin müxalifət və iqtidaryönlü deputatları razılaşdırıblar ki, onların gəlişi zamanı heç bir demarş və etiraz aksiyası təşkil etməyəcəklər. Ancaq qəzet yazır ki, bu təminatlar Nikol Paşinyanı və komandasını “ələ ala” bilməz və Qarabağa parlamentin adi nümayəndə heyəti gedəcək.
 

Baş nazirin özü sentyabrın 2-də tətildə olacaq, parlamentin spikeri Alen Simonyan həmin gün Vyanaya səfər planlaşdırıb, lakin qəzetin yazdığına görə, onsuz da Xankəndinə getməzdi.


Buna baxmayaraq, hakim fraksiyanın nümayəndə heyətinə vitse-spiker Ruben Rubinyan rəhbərlik edəcək. “Hayastan” (Ermənistan) blokunu isə Armen Rustamyan təmsil edəcək. Amma yalnız "Şərəfim var" fraksiyasının rəhbəri Artur Vanetsyanın səfəri təsdiqlənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin