Erməni nazir Moksvaya gedir – Lavrovla Qarabağı müzakirə edəcək

Hazırda oxunan: Erməni nazir Moksvaya gedir – Lavrovla Qarabağı müzakirə edəcək

0:00
0:00
34798

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan avqustun 30-da Rusiyaya işgüzar səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “armeniasputnik.am” saytı yayıb.

Mənbə yazır ki, o, avqustun 31-dək Moskvada qalacaq. Nazirin rusiyalı həmkarı Sergey Lavrovla görüşü, daha sonra mətbuat konfransı keçirməsi planlaşdırılır.

KTMT baş katibi Stanislav Zas ilə də görüş keçiriləcək.

Daha əvvəl bildirilmişdi ki, görüş zamanı Mirzoyan və Lavrov Rusiya-Ermənistan ittifaqının bütün sahələrdə inkişaf etdirilməsi, ümumi inteqrasiya birliklərində - MDB, KTMT və AİB-də əməkdaşlığın qurulması, habelə BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda mövqelərin əlaqələndirilməsi istiqamətində atılacaq addımları ətraflı müzakirə edəcəklər.  
 

Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində Dağlıq Qarabağla bağlı razılaşmalarının həyata keçirilməsində irəliləyiş, o cümlədən humanitar məsələlər, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılması da müzakirə predmeti olacaq.


Qeyd edək ki, bu, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin