İranın paytaxtı Tehranda koronavirus vaksini daşıyan maşın oğruların hücumuna məruz qalıb.
Bizim.Media İran KİV-ə istinadən xəbər verir ki, maşından 300 doz vaksin oğurlanıb.
MÖVZU İLƏ BAĞLI:
İranda son sutkada 614 nəfər koronavirusdan öldü
Hücum maşın Yaftabad bölgəsindəki Səhiyyə Nazirliyinin deposundan çıxandan sonra həyata keçirilib. Sürücü döyülüb. Oğruların tutulması istiqamətində iş aparılır.
Bizim.Media