ABŞ Əfqanıstana hakim olandan ölkədə heroinlə bağlı əkin sahələri 100 dəfə artıb.
Bizim.Media xarici mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə Əfqanıstanın təhlükəli narkotik alveri olduğunu söyləyib:
"Alyansın ora gəlişi ilə buna bir növ nəzarət olacağını gözləyirdik, amma əkin sahələri yüz qat artdı. Çünki Dünya heroininin 93%-i Əfqanıstandan gətirilir”.
MÖVZU İLƏ BAĞLI:
Şoyqu ABŞ və NATO-nu lağa qoydu: “Əfqanıstandakı missiyaları uğursuz olub"
Şöyqu onu da əlavə edib ki, ABŞ Əfqanıstanda iki istiqamətdə fəaliyyət göstərib. Birincisi onlar öz təhlükəsizliklərini qoruyurdular və yaratdıqları ordunu yenidən silahlandırırdılar.
Hansı ki, əfqanlar özləri ölkələrinə daxil olmuş düşməni dəstəkləyən müttəfiq hesab edirdilər. “Digər tərəfdən isə onlar təbii sərvətləri mənimsəyirdilər”, - deyə general bildirib.
Bizim.Media