Gorus-Qafan yolunda son vəziyyət necədir?

Hazırda oxunan: Gorus-Qafan yolunda son vəziyyət necədir?

0:00
0:00
34595

Yenidən açılan Zəngəzur mahalındakı Gorus-Qafan yolu həmişəki kimi işləyir. 

Bizim.Media xəbər verir ki, bunu “Sputnik Ermənistan”a sərhəddə yerləşən Şurnuxu kəndinin başçısı Akop Arşakyan deyib.

Xatırladaq ki, avqustun 25-də Azərbaycan hərbçiləri bu yolun iki hissəsini bağlayıblar. Yol beton bloklar qoyulduqdan sonra yenə açılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Şurnuxu və Vorotan kəndlərindən təxliyə edildi – RƏSMİ


"Deməliyəm ki, kənd sakinlərinin əhval -ruhiyyəsi də dəyişdi. İnsanlar artıq yol boyu maşın sürərək öz işlərini görürlər", - Arşakyan bildirib.

Yol maneələrinin qurulmasına gəlincə, onun sözlərinə görə, əlbəttə ki, sürücülər üçün əlavə çətinliklər var. Bu bloklar sürəti tənzimləyir, həm də narahatlıq yaradır.
 

"Xalqımız bu blokların başqa məqsədlərlə qoyulduğunu deyir.  Özümün blokadadan çıxardıqdan sonra hələ də bu yolla maşın sürməyə vaxtım olmayıb", - deyə Şurnuxu kəndinin başçısı bildirib.


Arşakyan onu da deyib ki, hazırda eyni yolda yerləşən Nor Araçadzor kəndi yaxınlığında Ermənistan-Rusiya sərhəd postunun yerləşdirilməsi məsələsi müzakirə olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin