Təxminən 50-yə yaxın azərbaycanlı hərbçi David-Bek kəndi yaxınlığındakı Gorus-Qafan dövlətlərarası yolu 3 saatdır ki, bağlayıb və açmaqdan imtina edib.
Bizim.Media xəbər verir ki, bu iddia ilə Ermənistan Ombudsmanı Arman Tatoyan çıxış edib.
"Uşaqlar, qadınlar, qocalar da daxil olmaqla bütün mülki əhalinin hərəkəti məhduddur.
Vətəndaşlardan çoxsaylı mesajlar alırıq, hamısı yoxlanılıb. Mən bu təhlükə barədə dəfələrlə xəbərdarlıq etmişəm və dövlətin təcili olaraq nə etməli olduğunu söyləmişəm: Zəngəzur mahalında, icmalar arasındakı yollarda Azərbaycan hərbçilərinin olması düzgün deyil.
Faktlar göstərir ki, bu, Ermənistan Respublikasının mülki əhalisinə qarşı əvvəlcədən planlaşdırılıb.
Bilirəm ki, Rusiya sərhədçiləri yolun açılması ilə bağlı danışıqlar aparıblar və onların səyləri ilə mülki maşınlar çıxarılıb. Doğrulanmış məlumatlara görə, danışıqlar səhər saatlarında davam edəcək. Azərbaycanlılar yolu açmaqdan imtina edir”, deyə Tatoyan yekunlaşdırıb.
Bizim.Media